...

İlham Əliyev Gəncədə "İmamzadə" kompleksinin bərpası ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 1 Mart 2010 20:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Ərazisindəki "İmamzadə" Kompleksinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev Gəncədə "İmamzadə" kompleksinin bərpası ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Ərazisindəki "İmamzadə" Kompleksinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda bildirilir ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə üç milyon manat məbləğində vəsait ayrılsın.
Sərəncamın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb.

Xəbər lenti

Xəbər lenti