...

Gürcüstanın xarici işlər naziri Niderlanda səfər edəcək

Siyasət Materials 2 Mart 2010 16:21 (UTC +04:00)
Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze martın 4-5-də Niderlanda işgüzar səfər edəcək.
Gürcüstanın xarici işlər naziri Niderlanda səfər edəcək

Gürcüstan, Tbilisi, 02 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze martın 4-5-də Niderlanda işgüzar səfər edəcək.

Gürcüstan XİN-nin Mətbuat və İnformasiya Departamentindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Vaşadze səfəri çərçivəsində Niderlandın xarici işlər naziri Maksim Verhagenlə, eləcə də ölkənin yüksəkvəzifəli şəxsləri, icraedici və qanunverici orqanların nümayəndələri ilə görüşlər keçirəcək.

Səfər zamanı həmçinin nazirin Drent muzeyində keçiriləcək "Gold from Georgia" sərgisinin açılış mərasimində iştirak etməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti