...

Misirin xarici işlər nazirinin Gürcüstana səfəri planlaşdırılır

Siyasət Materials 2 Mart 2010 18:00 (UTC +04:00)
Misirin xarici işlər naziri Əhməd Əbülqeytin Gürcüstana səfəri məsələsi Gürcüstanın XİN rəhbərinin müavini Aleksandr Nalbandovun Misirin Gürcüstandakı səfiri Vəhidəddin İsmayıl Cəlalla görüşündə müzakirə olunub.
Misirin xarici işlər nazirinin Gürcüstana səfəri planlaşdırılır

Gürcüstan, Tbilisi, 02 mart / Trend , müxbir N.Kirsxaliya/

Misirin xarici işlər naziri Əhməd Əbülqeytin Gürcüstana səfəri məsələsi Gürcüstanın XİN rəhbərinin müavini Aleksandr Nalbandovun Misirin Gürcüstandakı səfiri Vəhidəddin İsmayıl Cəlalla görüşündə müzakirə olunub.

XİN-in Mətbuat və Çap Departamentindən Trend -a bildirildiyi kimi, Misirin xarici işlər nazirinin Gürcüstana səfəri mayın 25-nə planlaşdırılır.

Bundan əlavə, tərəflər görüşdə beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlıq məsələsini və ikitərəfli əməkdaşlığın dərinləşmə perspektivlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti