...

Avropa İttifaqının sədri Moratinos Bakıya gəlib

Siyasət Materials 2 Mart 2010 18:26 (UTC +04:00)
İspaniyanın xarici işlər naziri, Avropa İttifaqının sədri Migel Anhel Moratinos Cənubi Qafqaz ölkələrinə regional səfəri çərçivəsində çərşənbə axşamı Bakıya gəlib.
Avropa İttifaqının sədri Moratinos Bakıya gəlib

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir V.Javoronkova/

İspaniyanın xarici işlər naziri, Avropa İttifaqının sədri Migel Anhel Moratinos Cənubi Qafqaz ölkələrinə regional səfəri çərçivəsində çərşənbə axşamı Bakıya gəlib.

Bu, onun İspaniya nümayəndəliyinin Avropa İttifaqında sədrliyi qismində regiona ilk səfəridir.

İlk dəfə Moratinos regiona 2007-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri qismində gəlib. İspaniya hökumətinin ATƏT-ə sədrliyi dövründə Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə nizamlanmasını nəzərdə tutan Madrid prinsipləri təsbit olunub.

"Moratinosu böyük mütəxəssislər heyəti, o cümlədən Avropa Komissiyasının nümayəndələri müşayiət edir", - bir müddət əvvəl Avropa Komissiyasının Azərbaycandakı səfiri Rolan Kobia deyib.

Xəbər lenti

Xəbər lenti