...

Azərbaycan Prezidentinin mətbuat katibi Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın bəyanatına reaksiya verib

Siyasət Materials 3 Mart 2010 13:50 (UTC +04:00)
Azərbaycan Prezidentinin mətbuat katibi Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın bəyanatına reaksiya verib
Azərbaycan Prezidentinin mətbuat katibi Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın bəyanatına reaksiya verib

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun Day.Az üçün şərhi 

- Azər müəllim, Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın son bəyanatını (İspaniya XİN rəhbəri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib) necə qiymətləndirərdiniz? Belə ki, o bu bəyanatında Dağlıq Qarabağ münaqişəsinin həllində güc tətbiqinin mümkünlüyü barədə Azərbaycanın bəyanatlarından narazılığını bildirib. Erməni diplomat deyib: "Azərbaycan tərəfinin belə nəticələrə nəyə əsaslanaraq gəldiyini, bunun harada öyrədildiyini anlamıram. Əminəm ki, MDBMİ-də belə şey öyrədilmir".

- Bəs, görəsən, Serj Sarkisyana başqasının torpağını işğal etməyi, dinc sakinləri doğma torpaqlarından qovmağı harada öyrədiblər? Tornaçılıq öyrəndiyi Texniki-Peşə Məktəbində? Əminəm ki, orada belə şeylər öyrətmirlər.

Xəbər lenti

Xəbər lenti