...

Azərbaycan Prezidenti Niderlandın XİN-in baş katibini qəbul edib

Siyasət Materials 3 Mart 2010 20:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazir müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Niderlandın XİN-in baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazir müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazir müavini Ed Kroninburq ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Bu gün Niderlandın ölkəmizdə səfirliyinin açılmasına toxunan Ed Kroninburq bunu ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyətin ifadəsi kimi qiymətləndirib.

Dövlətimizin başçısı ölkəmizin Niderland ilə münasibətləri inkişaf etdirməyə böyük əhəmiyyət verdiyini vurğulayıb. Azərbaycanın Niderlandda səfirliyinin artıq üç ildir fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev bunun ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdirilməsi işində önəmini qeyd edib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti