...

Gürcüstan Prezidenti şaxtaçıların həlak olması ilə əlaqədar martın 4-də matəm elan edib

Siyasət Materials 4 Mart 2010 10:58 (UTC +04:00)
Gürcüstan Prezidenti Tkibulidə Mindeli adına şaxtada dörd mədənçinin həlak olması ilə bağlı martın 4-də matəm elan edib.
Gürcüstan Prezidenti şaxtaçıların həlak olması ilə əlaqədar martın 4-də matəm elan edib

Gürcüstan, 4 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Tkibulidə Mindeli adına şaxtada dörd mədənçinin həlak olması ilə bağlı martın 4-də matəm elan edib. 

Cümə axşamı dövlət müəssisələrində bütün bayraqlar endirilib, TV-də əyləncəli tədbirlər və verilişlər ləğv edilib.

Saakaşvili həlak olan mədənçilərin qohumlarına və yaxınlarına başsağlığı verərək bildirib ki, dövlət onların dəfni ilə bağılı xərcləri öz üzərinə götürüb.
Fakt üzrə istintaq başlayıb. İstintaq partlayışın və faciənin səbəblərini müəyyən edəcək. Yaradılan hökumət komissiyası istintaqın gedişinə nəzarət edəcək.

Ekspertlər yalnız bu gün səhər metan qazı çəkildikdən sonra partlayışın baş verdiyi şaxtaya daxil olublar.

Xəbər lenti

Xəbər lenti