...

İran Azərbaycanla münasibətlərində səmimi olmalıdır - politoloq Mübariz Əhmədoğlu

Siyasət Materials 4 Mart 2010 14:12 (UTC +04:00)
İran Azərbaycanla münasibətlərində səmimi olmalıdır. Çünki dünya dövlətləri tərəfindən İrana qarşı böyük embarqoların qoyulacağı təqdirdə Azərbaycan onun üçün işiq yolu ola bilər. Bunu cümə axşamı Trend BİA-da mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.
İran Azərbaycanla münasibətlərində səmimi olmalıdır - politoloq Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 4 mart / Trend , müxbir T.Hacıyev/

İran Azərbaycanla münasibətlərində səmimi olmalıdır. Çünki dünya dövlətləri tərəfindən İrana qarşı böyük embarqoların qoyulacağı təqdirdə Azərbaycan onun üçün işiq yolu ola bilər. Bunu cümə axşamı Trend BİA-da mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.

"İranın nüvə texnologiyaları birinci növbədə İranın özü üçün fəlakətdir. Nüvə yanacağı istehsal edən İranın Atom Elektrik Stansiyası tikməyə potensialı yoxdur. "İri işlərlə" məşğul olan İran adicə təyyarə hissələri üçün ehtiyat hissələri hazırlaya bilmir. İran qonşuları ilə normal münasibətləri olmayan azsaylı dövlətlərdəndir", - Əhmədoğlu əlavə edib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmaq niyyətində olmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsini nüvə elektrik stansiyalarının yanacağının təmini üçün olduğunu bildirib. BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını dayandırması üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunub.

Əhmədoğlunun sözlərinə görə, İranın nüvə texnologiyaları məsələsi böyük geosiyasi alverə çevrilib. Hazırkı dünyada İranın nüvə proqramı adlı bir problem yoxdur. Ümumilikdə İran adlı bir problem var. İranın nüvə proqramı ilə bağlı dünyada gedən proseslər Rusiyanın xeyrinə nəticələnib.

Xəbər lenti

Xəbər lenti