...

Ermənistanın Türkiyə ilə barışmaq niyyəti yoxdur - azərbaycanlı politoloq

Siyasət Materials 4 Mart 2010 15:15 (UTC +04:00)
Ermənistanın Türkiyə ilə barışmaq niyyəti yoxdur. Məqsəd Türkiyənin "içinə girib" bu ölkəni daxildən parçalamaqdır. Bunu cümə axşamı Bakıda Trend BİA-nın Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.
Ermənistanın Türkiyə ilə barışmaq niyyəti yoxdur - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir T.Hacıyev/

Ermənistanın Türkiyə ilə barışmaq niyyəti yoxdur. Məqsəd Türkiyənin "içinə girib" bu ölkəni daxildən parçalamaqdır. Bunu cümə axşamı Bakıda Trend BİA-nın Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.

"Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına başlanması ilə Ermənistan sübut elədi ki, Qərbin tapşırığı ilə istənilən vaxt Türkiyəyə yaxın gedə bilər. İndi Ermənistanın qarşısında qoyulan əsas tapşırıq Rusiyanın Cənubi Qafqaz regionundan tamamilə sıxışdırılıb çıxarılmasına nail olmaqdır. Bunun müqabilində Ermənistan Qərbdən daha böyük mükafatlar alacaq", - Əhmədoğlu əlavə edib.

Trend -un arayışı: 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Ermənistanın Konstitusiya Məhkəməsi bu il yanvarın 12-də 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanan Ermənistan-Türkiyə protokollarında ("Diplomatik münasibətlərin qurulmasına dair protokol" və "İkitərəfli əlaqələrin inkişafına dair protokol") əks olunan öhdəliklərin ölkənin əsas qanununa uyğun olduğunu təsdiq edib.

Ermənistanın Konstitusiya Məhkəməsi protokolları qəbul etdikdən sonra Osmanlı İmperiyası zamanı 1915-ci il hadisələrini araşıdıracaq ortaq komissiyaya ehtiyac olmadığını və Ermənistanın "soyqırım"ın qəbul edilməsi tələbindən heç vaxt əl çəkməyəcəyini bildirib.

Əhmədoğlunun sözlərinə görə, Qafqazda gedən bütün proseslər Rusiyanın əleyhinə işləyir. Məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır.

"Bu proseslərdə Ermənistanın xüsusi rolu var. Ermənistan-Rusiya münasibətləri hədsiz gərgin münasibətlər sferasına çevrilib. İndi Ermənistan öz qibləsini dəyişərək Çinə üz tutub", - politoloq deyib.

Xəbər lenti

Xəbər lenti