...

Azərbaycan Prezidenti Müdafiə Sənayesi Nazirliyinin yeni istehsal sahələrinin açılış mərasimində iştirak edib

Siyasət Materials 5 Mart 2010 13:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində yeni istehsal sahələrinin açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti Müdafiə Sənayesi Nazirliyinin yeni istehsal sahələrinin açılış mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində yeni istehsal sahələrinin açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı əvvəlcə müəssisənin həyətində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə məlumat verilib ki, "İqlim" elm-istehsalat müəssisəsi 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Müəssisənin İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı var. "İqlim" müəssisəsinin yeni yaradılan istehsalat sahələrində müdafiə və mülki təyinatlı məhsullar hazırlanır, onların hissələrinin mexaniki emalı və qalvanik örtükləmə əməliyyatları yerinə yetirilir.

Prezident İlham Əliyev yeni sahənin rəmzi açılışını bildirən düyməni basıb, hazır məhsullar və hissələrlə tanış olub, istehsal prosesini izləyib.

Sonra dövlətimizin başçısı müəssisədə yaradılmış atıcılıq tirinə baxıb. Burada müasir tələblərə cavab verən yeni avadanlıq quraşdırılıb.

Prezident İlham Əliyev müəssisədə yeni yaradılan tökmə sahəsi ilə də tanış olub. Burada həm müdafiə təyinatlı, həm də mülki məhsullar istehsal edilir.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti