...

Azərbaycan hüquq-mühafizə orqanları iki il öncə törədilən qətlin üstünü açıb

Siyasət Materials 5 Mart 2010 13:35 (UTC +04:00)
Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin cümə günü birgə yaydığı məlumatda bildirilir ki, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2008-ci ilin noyabr ayında Quliyev Fərhad Rəhim oğlunu qəsdən öldürməkdə şübhəli bilinən Belousov Yuri Vitalyeviç bu il martın 3-də tutulub. Bakı şəhər prokurorluğu və Bakı şəhər baş polis İdarəsinin cümə günü birgə yaydığı məlumatda bildirilir ki, həyata keçirilən birgə istintaq-əməliyyat tədbirləri nəticəsində 2008-ci ilin noyabr ayında Quliyev Fərhad Rəhim oğlunu qəsdən öldürməkdə şübhəli bilinən Belousov Yuriy Vitalyeviç bu il martın 3-də tutulub.

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan hüquq-mühafizə orqanları iki il öncə qətl törədən şəxsi saxlayıb.

Bakı Şəhər ProkurorluğuBakı Şəhər Baş Polis İdarəsinin cümə günü birgə yaydığı məlumatda bildirilir ki, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2008-ci ilin noyabr ayında Quliyev Fərhad Rəhim oğlunu qəsdən öldürməkdə şübhəli bilinən Belousov Yuri Vitalyeviç bu il martın 3-də tutulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İstintaqla müəyyən edilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Yuri Belousov Nardaran qəsəbəsində Həmid adlı şəxsin bağ evində gözətçi işləyərkən, 2008-ci il noyabrın 27-də saat 22:00 radələrində tanışı Fərhad Quliyev onun yanına gəlib və birlikdə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb və əlbəyaxa olublar. Bu zaman Yuri Belousov özündə olan bıçaqla Fərhad Quliyevə bir neçə bıçaq zərbəsi vuraraq onu qəsdən öldürüb. Bundan sonra o, həmin evin diğər otağında olan şəxslərin köməyi ilə Fərhad Quliyevin meyitini yaxınlıqdakı bağ sahələrinin birində torpağa basdırıb.

Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yuri Belousov törətdiyi cinayət əməlini etiraf edib. Onun iştirakı ilə meyitin basdırıldığı əraziyə baxış keçirilib və həmin yerdən Fərhad Quliyevin meyiti aşkar edilərək çıxarılıb, müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti