...

Azərbaycanın hakim partiyası ABŞ Konqresinə etiraz məktubu ünvanlayıb

Siyasət Materials 5 Mart 2010 14:59 (UTC +04:00)
Azərbaycanın hakim partiyası ABŞ Konqresinin Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırı"mı ilə bağlı qəbul olunan qərarı tarixi həqiqətin təhrif olunması və ədalət prinsiplərinin ən kobud şəkildə pozulması kimi qiymətlərindirir.
Azərbaycanın hakim partiyası ABŞ Konqresinə etiraz məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası ABŞ Konqresinin Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırı"mı ilə bağlı qəbul olunan qərarı tarixi həqiqətin təhrif olunması və ədalət prinsiplərinin ən kobud şəkildə pozulması kimi qiymətlərindirir.

"YAP olaraq biz ABŞ Konqresi tərəfindən belə bir ədalətsiz və tarixin saxtalaşdırılması elementlərini özündə əks etdirən qərarın qəbul olunmasına qəti etirazımızı bildirmişik və bununla əlaqədar məktub da göndərmişik. Biz öz müraciətimizdə açıq şəkildə bildirmişik ki, Konqres tərəfindən qəbul olunmuş bu qərar Azərbaycana dost və qardaş olan Türkiyənin maraqlarına qarşı yönəlməklə yanaşı, eyni zamanda, Azərbaycanın maraqlarına qarşı çevrilmiş bir qərardır", - Trend -un məlumatına görə, bunu cümə günü jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, deputat Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, müraciətdə o da qeyd edilib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına təzyiq göstərilməsi xarakteri daşıyan belə bir qərarın qəbul olunması, əslində həm də Dağlıq Qarabağ probleminin tezliklə həllinə qarşı yönəlib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs "lehinə", 22 səs "əleyhinə" olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Xəbər lenti

Xəbər lenti