...

Konqres ABŞ maraqlarından çıxış edərək fəaliyyət göstərir – Suriya-Türkiyə parlamentlərarası qrupun rəhbəri

Siyasət Materials 5 Mart 2010 19:24 (UTC +04:00)
Konqresin komitəsi ABŞ-ın hazırkı siyasətinin maraqlarından çıxış edərək, "erməni soyqırımı" barədə qətnamə qəbul edib. Suriya-Türkiyə parlamentlərarası qrupun rəhbəri İsmət Məhəlli belə hesab edir.
Konqres ABŞ maraqlarından çıxış edərək fəaliyyət göstərir – Suriya-Türkiyə parlamentlərarası qrupun rəhbəri

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir Ü.Sadıxova/

Konqresin komitəsi ABŞ-ın hazırkı siyasətinin maraqlarından çıxış edərək, "erməni soyqırımı" barədə qətnamə qəbul edib. Suriya-Türkiyə parlamentlərarası qrupun rəhbəri İsmət Məhəlli belə hesab edir.

Suriya Parlamenti üzvünün fikrincə, gələcək seçkilərdə erməni lobbisindən dəstək almaq da bu maraqların sırasına daxildir.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Qərarın qəbul edilməsini Türkiyə-ABŞ münasibətlərinə zərbə kimi zarakterizə edən Türkiyə hökuməti Ermənistan hökumətini ABŞ Konqresi vasitəsilə Türkiyəyə təzyiq göstərməməyə, bütün arxivləri açmağa və danışıqları üz-üzə aparmağa çağırıb.

"ABŞ öz maraqlarına və daxili siyasətinə əsasən fəaliyyət göstərir və hazırkı şəraitdə Konqres komitəsi bu qərarı erməni lobbisindən dəstək almaq üçün qəbul edib", - Məhəlli Dəməşqdən telefon vasitəsilə Trend -a deyib.

Suriya Milli Parlamentinin deputatı həmçinin hesab edir ki, 1915-ci il hadisələri zamanı həlak olan ermənilərin Suriya ərazisində kütləvi şəkildə dəfn olunması barədə informasiya sadəcə olaraq iddiadır.

"Mən özüm ermənilərin daha sıx məskunlaşdığı Hələbdənəm, lakin ermənilərin kütləvi şəkildə dəfn edilməsini heç vaxt eşitməmişəm. Bu, yalnız Ermənistan tərəfinin iddiasıdır", - Məhəlli deyib.

Bir müddət əvvəl Suriyanın informasiya naziri Muhsin Bilal ABŞ telekanalının Suriyanın Deys Zuvr əyaləti ərazisində ermənilərin kütləvi şəkildə dəfn edilməsi iddiasını təkzib edib.

Erməni diasporunun təsiri altında olan ABŞ-ın CBS telekanalı kadrlar nümayiş etdirib. Həmin kadrlarda guya Suriya ərazisində olan "kütləvi qəbristanlıq" təsvir edilib. TRT-nin Rusiya xidməti məlumat verir.

"Həmin məlumat həqiqətəuyğun deyil. Əgər biz onların məqsədini bilsəydik, o zaman onlara çəkiliş üçün icazə verməzdik", - suriyalı nazir ABŞ telekanalının kadrlarını şərh edərək deyib.

Xəbər lenti

Xəbər lenti