...

Azərbaycan Parlamenti ABŞ Konqresinə müraciət qəbul edib

Siyasət Materials 5 Mart 2010 18:20 (UTC +04:00)
Azərbaycan Parlamenti ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul olunması ilə əlaqədar olaraq Konqresinə müraciət qəbul edib.
Azərbaycan Parlamenti ABŞ Konqresinə müraciət qəbul edib

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul olunması ilə əlaqədar olaraq Konqresinə müraciət qəbul edib.

Müraciət Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi altında işçi qrupu tərəfindən hazırlanıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasında 23 səs "lehinə", 22 səs "əleyhinə" olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Müraciətdə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul olunması ilə əlaqədar olaraq təəssüf ifadə olunub.

Müraciətdə qeyd edunur ki, tarixdə "erməni soyqırımı" deyilən bir hadisə olmayıb və bu qərb tarixçiləri tərəfindən də təsdiq edilib. "Əslində, "erməni soyqırımı" xəstə təxəyyülün məhsuludur", - sənəddə deyilir.

Müraciətdə, həmçinin, həmin qətnamənin ABŞ Konqresi tərəfindən rədd ediləcəyinə dair əminlik ifadə olunur.

Xəbər lenti

Xəbər lenti