...

Birinci xanım Mehriban Əliyeva 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Siyasət Materials 5 Mart 2010 18:06 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanlm Əliyeva 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.
Birinci xanım Mehriban Əliyeva 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanlm Əliyeva 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

"Beynəlxalq Qadınlar Günü münasibətilə parlamentdə təmsil olunan qadınları və bütün Azərbaycan qadınlarını təbrik edirəm", - Trend -un məlumatına görə, bunu Milli Məclisin cümə günü keçirilən iclasında Mehriban xanım Əliyeva deyib.

Deputat Qənirə Paşayeva isə çıxışında Mehriban xanım Əliyevanı parlament adından Beynəlxalq Qadınlar Günü və Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi münasibətilə təbrik edib.

"Mehriban xanım Əliyeva Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uğurlu fəaliyyət göstərir. Ona bu işdə uğurlar arzulayırıq", - Paşayeva deyib.

Bu gün parlament rəhbərliyi xanım millət vəkillərini və Milli Məclis Aparatında çalışan qadınları 8 Mart bayramı münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti