...

ABŞ Konqresi "erməni soyqırımı" haqqında qətnaməni tanınyarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mənfi təsir göstərəcək – azərbaycanlı politoloqlar

Siyasət Materials 5 Mart 2010 20:48 (UTC +04:00)
ABŞ-Türkiyə münasibətlərinin pisləşməsi, Konqresin "erməni soyqırımı"nı tanıması ABŞ-ın Azərbaycanla əlaqələrinin pisləşməsinə gətirib çıxaracaq. Azərbaycanlı politoloq Zərdüşt Əlizadə belə hesab edir.
ABŞ Konqresi "erməni soyqırımı" haqqında qətnaməni tanınyarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mənfi təsir göstərəcək – azərbaycanlı politoloqlar

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir M.Əliyev/

ABŞ-Türkiyə münasibətlərinin pisləşməsi, Konqresin "erməni soyqırımı"nı tanıması ABŞ-ın Azərbaycanla əlaqələrinin pisləşməsinə gətirib çıxaracaq. Azərbaycanlı politoloq Zərdüşt Əlizadə belə hesab edir.

Əlizadənin fikrincə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qərarından sonra Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması dalana dirənib ki, bu da həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edəcək.

"Hər dəfə bu məsələnin ortaya atılmasından sonra ABŞ-ın müxtəlif prezidentləri Konqresin onun lehinə səs verməməsinə nail olublar. Lakin hətta, bu indi baş verməsə və ABŞ Türkiyəyə hər hansı bir sanksiya tətbiq etsə, bu zaman Türkiyə də sanksiya tətbiq etmək imkanına malik olacaq. Belə ki, Türkiyə öz maraqlarını müdafiə etməyə qadir olan, formalaşmış bir dövlətdir", - Əlizadə deyib.

Politoloq Rasim Musabəyovun fikrincə, ABŞ Konqresinin "erməni soyqırımı"nı manipulyasiyada davam etməsi yalnız Türkiyə-ABŞ münasibətlərinə deyil, həmçinin Qarabağ probleminə toxunacaq. Belə ki, danışıqlar prosesinə ciddi zərbə dəyəcək və ABŞ-a qarşı etibar itəcək.

Eyni zamanda, Ağayev ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin "erməni soyqırımı" haqqında mifdən istifadə etməsində kommersiya cəhətdən sətraltı məna görür. "Erməni lobbi şirkətləri görülmüş işin haqqını verir, lakin sonda o dağılır və Konqres əlavə qazanc mənbəyinə malik olur", - Ağayev deyib. Bundan çıxış edən politoloqun fikrincə, qətnamə Konqresdə "itib batacaq".

Politoloq ABŞ-ın bu cür xarici siyasətini ikimənalı hesab edir. "Amerikalılar bir tərəfdən sərhədlərin açılması və münasibətlərin normallaşması üçün Türkiyə və Ermənistanı danışıqlara sürükləyir, digər tərəfdən isə Konqres Türkiyənin etiraz edəcəyi qətnaməni qəbul edir. Bu şəraitdə münasibətlərin normallaşmasından söhbət gedə bilməz", - politoloq deyib.

Xəbər lenti

Xəbər lenti