...

Azərbaycanın bir neçə partiyasının təmsil olunduğu ittifaq parlament seçkilərində blok kimi iştirak edəcək

Siyasət Materials 9 Mart 2010 15:50 (UTC +04:00)
"İttifaqda təmsil olunan partiyaların Sədrlər Şurasının martın 6-da keçirilən iclasında parlament seçkiləri ilə bağlı blok yaradılması təşəbbüsü dəstəklənib", - çərşənbə axşamı Trend News-a Demokratiya Uğrunda İttifaqda təmsil olunan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.
Azərbaycanın bir neçə partiyasının təmsil olunduğu ittifaq parlament seçkilərində blok kimi iştirak edəcək

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın bir neçə partiyasının təmsil olunduğu ittifaq parlament seçkilərində blok kimi iştirak edəcək.

"İttifaqda təmsil olunan partiyaların Sədrlər Şurasının martın 6-da keçirilən iclasında parlament seçkiləri ilə bağlı blok yaradılması təşəbbüsü dəstəklənib", - çərşənbə axşamı Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Musayevin sözlərinə görə, blokun rəsmən elan olunması deputatlığa namizədlərin siyahısı tam müəyyənləşəndən sonra nəzərdə tutulur. "İttifaqa daxil olan partiyalar 80-dən çox dairədə irəli sürüləcək namizədləri müəyyənləşdiriblər. Biz qalan dairələr üzrə namizədlərin seçimini də edəndən sonra blokun tam formalaşdırılmasına start verəcəyik", - BAP sədri əlavə edib.

Onun fikrincə, DUİ-nin təsis edəcəyi seçki blokunda digər partiyaların, ictimai təşkilatların, heç bir partiyanın üzvü olmayan, lakin cəmiyyətdə tanınan ziyalıların da təmsil olunacağı gözlənilir. "Biz indi bu istiqamətdə məsləhətləşmələr aparırıq. Çalışırıq ki, seçkilərdə daha geniştərkibli koalisiya ilə iştirak edək", - Musayev vurğulayıb.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. 2009-ci ilin oktyabr ayında Milli Demokrat Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının quruma üzv qəbul olunması haqqında qərar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti