...

ABŞ Konqresinin atdığı addım sonadək davam edərsə, Azərbaycan Parlamenti öz mövqeyində qalacaq - vitse-spiker

Siyasət Materials 10 Mart 2010 13:34 (UTC +04:00)
ABŞ Konqresinin atdığı addım sonadək davam edərsə, biz də öz mövqeyimizdə qalacağıq. Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə vitse-spiker Bahar Muradova bildirib.
ABŞ Konqresinin atdığı addım sonadək davam edərsə, Azərbaycan Parlamenti öz mövqeyində qalacaq -  vitse-spiker

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir M.Əliyev/

ABŞ Konqresinin atdığı addım sonadək davam edərsə, biz də öz mövqeyimizdə qalacağıq. Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə vitse-spiker Bahar Muradova bildirib.

"Soyqırım" məsələsinin parlamentdəki müzakirəsi ümumilikdə tarixi hadisələrə siyasi pəncərədən baxış və buna uyğun siyasi münasibətlərin qurulmasına gətirib çıxarır ki, bu da xalqlar, dövlətlər arasında münasibətlərin yaxşınlaşmasına yox, pisləşməsinə səbəb olur. Axtarsan, hər xalqın tarixində bunabənzər hadisələr var və tarixə tarixçilər və alimlər münasibət bildirməldir", - Muradova deyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi ötən həftə cümə axşamı keçirdiyi iclasda 23 səs "lehinə", 22 səs "əleyhinə" olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Azərbaycan Parlamenti buna etiraz olaraq ABŞ Konqresinə müraciət qəbul edib.

Xəbər lenti

Xəbər lenti