...

Almaniyanın Gürcüstandakı yeni səfiri martın sonunda Tbilisiyə gələcək

Siyasət Materials 10 Mart 2010 15:00 (UTC +04:00)
Almaniyanın Gürcüstandakı yeni səfiri Ortvin Heniq martın sonunda Tbilisiyə gələcək. Bu barədə Gürcüstanda diplomatik missiyası başa çatan Almaniyanın keçmiş səfiri Patrisya Flor bu gün jurnalistlərə məlumat verib.
Almaniyanın Gürcüstandakı yeni səfiri martın sonunda Tbilisiyə gələcək

Gürcüstan, Tbilisi, 10 mart / Trend , müxbir N.Kirsxaliya/

Almaniyanın Gürcüstandakı yeni səfiri Ortvin Heniq martın sonunda Tbilisiyə gələcək. Bu barədə Gürcüstanda diplomatik missiyası başa çatan Almaniyanın keçmiş səfiri Patrisya Flor bu gün jurnalistlərə məlumat verib.

Gələcək planlarına dair Flor bildirib ki, o, Almaniyanın Xarici İşlər Nazirliyində Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinə rəhbərlik işlərini davam etdirəcək.

"Tbilisiyə ilk olaraq 2006-cı ildə gəldim və onun görməli yerlərinə baxıb başa düşdüm ki, mən Avropa şəhərindəyəm", - o bildirib.

Patrisiya Flor, həmçinin, qeyd edib ki, son 4 il ərzində Gürcüstan Avropa qurumları ilə yaxınlaşmaqda əhəmiyyətli addım atıb və gələcəkdə inteqrasiya yolunda Almaniya ona kömək göstərəcək.

Xəbər lenti

Xəbər lenti