...

Azərbaycan Prezidenti Polşanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 10 Mart 2010 17:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Polşanın Baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Polşanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Polşanın Baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Azərbaycan ilə Polşa arasındakı münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

Azərbaycanın Polşa ilə əlaqələri müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı Baş nazirin ölkəmizə səfərinin əməkdaşlıq üçün yeni sahələrin müəyyən edilməsi, birgə fəaliyyət üçün əlavə tədbirlərin müzakirəsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.

Polşa Respublikasının Baş naziri Donald Tusk ölkəmizə səfəri zamanı Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdiyini vurğulayaraq, bu yerlərin Azərbaycanın tarixi yaddaşı üçün mühüm və önəmli olduğunu deyib. O, ölkələrimizin tarixində bizi bir-birimizlə sıx birləşdirən məqamların olduğunu da vurğulayıb. Donald Tusk əmin olduğunu bildirib ki, onun səfəri Polşa ilə Azərbaycan arasında iqtisadi sahədə konkret layihələrin müəyyənləşməsi və əlaqələrimizin daha da genişləndirilməsi baxımından səmərəli olacaq. Baş nazir ikitərəfli münasibətlərimizin Avropa İttifaqı çərçivəsində genişlənməsinin əhəmiyyətini də vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin adından Polşanın Baş naziri Donald Tuska işçi nahar verilib.

Xəbər lenti

Xəbər lenti