...

Azərbaycan və Marşal Adaları arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb

Siyasət Materials 11 Mart 2010 02:41 (UTC +04:00)
10 mart tarixində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və Marşal Adaları Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb.
Azərbaycan və  Marşal Adaları arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb

10 mart tarixində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və  Marşal Adaları Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb, BMT yanında Daimi Nümayəndəlik xəbər verib.

Kommünikeni Azərbaycan Respublikası Hökuməti adından ölkəmizin BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir cənab Aqşin Mehdiyev, Marşal Adaları Respublikası Hökuməti adından Marşal Adaları Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir cənab Fillip Muller imzalamışlar.

Xəbər lenti

Xəbər lenti