...

ATƏT PA prezidenti yerli seçkilərə müşahidəçi göndərilməsi ilə bağlı Gürcüstan müxalifətinin xahişini qəbul etməyib

Siyasət Materials 11 Mart 2010 11:07 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının sədri Joao Suareş yerli seçkilərə müşahidəçi göndərilməsi ilə bağlı Gürcüstan müxalifətinin xahişini qəbul etməyib. Bu barədə "Kartuli dasi"nin lideri Condi Baqaturiya ATƏT PA prezidenti ilə görüşündən sonra jurnalistlərə məlumat verib.
ATƏT PA prezidenti yerli seçkilərə müşahidəçi göndərilməsi ilə bağlı Gürcüstan müxalifətinin xahişini qəbul etməyib

Gürcüstan, Tbilisi, 11 mart / Trend , müxbir N.Kirsxaliya/

ATƏT Parlament Assambleyasının sədri Joao Suareş yerli seçkilərə müşahidəçi göndərilməsi ilə bağlı Gürcüstan müxalifətinin xahişini qəbul etməyib. Bu barədə "Kartuli dasi"nin lideri Condi Baqaturiya ATƏT PA prezidenti ilə görüşündən sonra jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, müxalifət bu məsələnin qoyuluşunda o qədər yekdildir ki, müşahidəçilərin gəlişi ilə bağlı məsləhətləşmələr gələcəkdə də davam etdiriləcək.

"ATƏT missiyasının Gürcüstanda olması bizim üçün çox vacibdir. Çünki hazırda ölkə "birbaşa efir" rejimində yaşamalı və daim beynəlxalq birliyin diqqət mərkəzində olmalıdır", - Baqaturiya bildirib.

ATƏT-in yerli seçkilər üzrə monitorinq presedenti yoxdur, lakin təşkilat ümumi monitorinqi həyata keçirir.

Condi Baqaturiyanın sözlərinə görə, Joao Suareş ilə görüş zamanı, həmçinin, KİV azadlığı, məhkəmələrin müstəqilliyi və demokratik proseslər barədə söhbət aparılıb.

Xəbər lenti

Xəbər lenti