...

Qərbi Azərbaycandan olan ziyalıların parlamentdə daha çox yer tutmasına çalışacağıq - partiya sədri

Siyasət Materials 11 Mart 2010 16:24 (UTC +04:00)
Azərbaycanın müxalifətyönlü partiyasının rəhbəri deyib ki, Qərbi Azərbaycandan olan ziyalıların, ağsaqqalların arasından deputatlığa namizədlərin daha çox irəli sürülməsində maraqlıdırlar.
Qərbi Azərbaycandan olan ziyalıların parlamentdə daha çox yer tutmasına çalışacağıq - partiya sədri

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifətyönlü partiyasının rəhbəri deyib ki, Qərbi Azərbaycandan olan ziyalıların, ağsaqqalların arasından deputatlığa namizədlərin daha çox irəli sürülməsində maraqlıdırlar.

"Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası partiyamızla birgə fəaliyyət göstərdiyindən, parlament seçkilərində də birgə iştirak edəcəyik", - cümə axşamı Trend -a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Hacıyevin sözlərinə görə, bəzi qüvvələr parlament seçkilərində Qərbi azərbaycanlıların elektoratına sahib çıxmaq üçün çalışır.

"Qərbi Azərbaycandan olan ziyalılar, ağsaqqallarla tez-tez görüşürük, onlar həm partiyamız, həm də dövlətçiliyimizin möhkəmləndirilməsinə, ölkədəki sabitliyin qorunmasına həmişə sadiq qalıb. Ona görə də partiyamızın siyasi kursuna uyğun olaraq parlament seçkilərində birgə iştirak edəcəyik", - MMP sədri əlavə edib.

Hacıyev deyib ki, deputatlığa 80-dən çox namizəd irəli sürəcəklər. "İndiki siyahıda 174 nəfərin adı var. Biz onların arasından daha çox nüfuzu olan ziyalıları, gəncləri, qadınları bir daha seçməliyik. Bir dairədə iki nəfərin namizəd irəli sürməsinə imkan verməyəcəyik", - o vurğulayıb.

Hаfiz Hаcıyеv 1992-93-cü illərdə "Аzərbаlıq" Dövlət Коnsеrninin sədri оlub. 2000-ci ildə Мüаsir Мüsаvаt Pаrtiyаsını təsis еdib, pаrtiyа 2002-ci ildə dövlət qеydiyyаtındаn kеçib.

Мüаsir Мüsаvаt Pаrtiyаsı özünü iqtidаrа qаrşı kоnstruktiv müxаlifət hеsаb еdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti