...

İlham Əliyev Misir Prezidentinə başsağlığı verdi

Siyasət Materials 12 Mart 2010 22:33 (UTC +04:00)
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cümə günü Məhəmməd Hüsnü Mübarəkə, görkəmli din xadimi, Əl-Əzhərin Şeyxi doktor Məhəmməd Səid Tantavinin vəfatı ilə əlaqədar, başsağlığı vermişsdir.
İlham Əliyev Misir Prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cümə günü Məhəmməd Hüsnü Mübarəkə, görkəmli din xadimi, Əl-Əzhərin Şeyxi doktor Məhəmməd Səid Tantavinin vəfatı ilə əlaqədar, başsağlığı vermişdir. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yaymışdır.

"Görkəmli din xadimi, Əl-Əzhərin Şeyxi doktor Məhəmməd Səid Tantavinin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və yaxın adamlarına, bütün Misir xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" - Prezidentin müraciətində deyilir.

Xəbər lenti

Xəbər lenti