...

Xaricdəki diplomatik korpusların saxlanılması üçün Azərbaycan Dövlət Büdcəsindən bu il üçün ayrılan vəsait kifayətdir - nazir müavini

Siyasət Materials 16 Mart 2010 14:17 (UTC +04:00)
Xaricdəki diplomatik korpusların saxlanılması üçün Azərbaycan Dövlət Büdcəsindən bu il üçün ayrılan vəsait kifayətdir. Xarici işlər nazirinin müavini Vaqif Sadıqov hesab edir.
Xaricdəki diplomatik korpusların saxlanılması üçün Azərbaycan Dövlət Büdcəsindən bu il üçün ayrılan vəsait kifayətdir - nazir müavini

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir S.Ağayeva/

Xaricdəki diplomatik korpusların saxlanılması üçün Azərbaycan Dövlət Büdcəsindən bu il üçün ayrılan vəsait kifayətdir. Xarici işlər nazirinin müavini Vaqif Sadıqov hesab edir.

"Bu il Azərbaycan xaricdə, təxminən, doqquz diplomatik missiya açacaq". Bu barədə çərşənbə axşamı Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov Trend -a bildirib.

"Azərbaycan Prezidentinin müvafiq sərəncamları var və bu proses Milli Məclisin qərarı ilə həyata keçiriləcək", - Sadıqov bildirib.

Serbiyada, Omanda, Argentinada, Tailanda səfirliklər, Xorvatiya, Livia, Livan və Estoniyada səfirliklər, Batumidə isə baş konsulluq açılacaq.

Hazırda xaricdə Azərbaycanın 65 diplomatik missiyası fəaliyyət göstərir.

"Paralel olaraq diplomatların rotasiyası keçiriləcək", - diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti