...

İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 16 Mart 2010 14:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. - AzərTAc Dövlət Agentliyi məlumat yayıb.
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. - AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı ölkəmizin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələrinin inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev bu təşkilatla bir sıra uğurlu layihələrin həyata keçirildiyini vurğuladı. Ötən il dünyada baş verən maliyyə böhranına baxmayaraq, əməkdaşlığımızın davam etdiyini qeyd edən Prezident İlham Əliyev dövlət strukturları ilə yanaşı, özəl sektorda da birgə layihələrin maliyyələşdirilməsini müsbət hal kimi dəyərləndirdi. Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun ölkəmizə səfərinin əməkdaşlığımızın gələcəkdə daha da genişlənəcəyi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Tomas Mirou Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizlə əməkdaşlığa sadiq olduğunu qeyd etdi. Ötən il Qaradağ sement zavoduna qoyulan sərmayənin özəl sektora ən böyük investisiya yatırımlarından biri olduğunu deyən Tomas Mirou rəhbərlik etdiyi bankın, həmçinin, Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirdi. O, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizin enerji sektorunda əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu da vurğuladı.

Xəbər lenti

Xəbər lenti