...

AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycanla bağlı hesabatının müzakirəsi aprelə keçirilib

Siyasət Materials 16 Mart 2010 16:32 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı hazırlanmış məruzənin müzakirəsi təxirə salınıb. Trend News-un məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet saytına AŞ PA-nın vitse-prezidenti, Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycanla bağlı hesabatının müzakirəsi aprelə keçirilib

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir K.Zərbalıyeva/

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı hazırlanmış məruzənin müzakirəsi təxirə salınıb. Trend -un məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet saytına AŞ PA-nın vitse-prezidenti, Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

AŞ PA Monitorinq qrupunun həmməruzəçiləri fevralda Azərbaycanda olublar. Onların Azərbaycanla bağlı hazırladığı hesabatın martın ortalarında AŞ PA-nın komitə iclasında müzakirə ediləcəyi gözlənilirdi.

"Həmməruzəçilərin ölkəmizlə bağlı hazırladığı hesabatın aprel ayında müzakirə edilməsi qərara alınıb. Təşkilatın Bürosunun və Daimi Komitəsinin iclasında isə Azərbaycanla əlaqədar hər hansı müzakirə aparılmayıb", - Seyidov deyib.

Xəbər lenti

Xəbər lenti