...

Gürcüstanın Aİ-də assosiativ üzvlüyü ilə bağlı danışıqlar yayda başlayacaq

Siyasət Materials 17 Mart 2010 12:13 (UTC +04:00)
Gürcüstanın Avropa İttifaqında assosiativ üzvlüyü ilə bağlı danışıqlar yayda başlayacaq. Bunu bu gün jurnalistlərə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze deyib.
Gürcüstanın Aİ-də assosiativ üzvlüyü ilə bağlı danışıqlar yayda başlayacaq

Gürcüstan, Tbilisi, 17 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Avropa İttifaqında assosiativ üzvlüyü ilə bağlı danışıqlar yayda başlayacaq. Bunu bu gün jurnalistlərə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze deyib.

Vaşadzenin sözlərinə görə, danışıqlar Slovakiyanın fəal dəstəyi ilə başlayacaq. "Bununla yanaşı, biz yaxın vaxtlarda Aİ ilə imzalanacaq aviasiya sazişinin paraflanmasını alqışlayırıq. Bugünkü görüşdə Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsindən də danışdıq", - Gürcüstanın XİN rəhbəri bildirib.

Slovakiya tərəfindən Gürcüstan-Slovakiya biznes forumunda iştirak edən bu ölkənin xarici işlər naziri Miroslav Layçak qeyd edib ki, Gürcüstan vətəndaşlarının Slovakiyada problemsiz hərəkəti üzrə fəal iş aparılır. Onun sözlərinə görə, bu, iki ölkə arasında münasibətlərin daha da genişlənməsinə xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti