...

Regional liderlik Azərbaycan üçün prioritet olmalıdır - Fransa senatoru (FOTO)

Siyasət Materials 17 Mart 2010 13:48 (UTC +04:00)
Azərbaycan stabil ölkədir, lakin təhlükəli regionda yerləşir. Xəzər regionunda stabillik üçün Azərbaycanın regional liderliyinə nail olmaq lazımdır. Fransa Senatının Yuxarı Palatasının senatoru xanım Natali Qule belə hesab edir.
Regional liderlik Azərbaycan üçün prioritet olmalıdır - Fransa senatoru (FOTO)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir Y.Ostapenko/

Azərbaycan stabil ölkədir, lakin təhlükəli regionda yerləşir. Xəzər regionunda stabillik üçün Azərbaycanın regional liderliyinə nail olmaq lazımdır. Fransa Senatının Yuxarı Palatasının senatoru xanım Natali Qule belə hesab edir.

"Avropa ilə əməkdaşlıq Azərbaycan üçün faydalı ola bilər, lakin ilk növbədə Xəzər regionunda liderlik vacibdir", - Qule Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) bildirib.

"Azərbaycan stabil Qafqaz və Yaxın Şərq ölkəsi kimi" çərşənbə günü SAM-da müzakirələrin mövzusu  olub.

Həmçinin, Qule Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin möhkəmləndirilməsi üçün NATO Parlament Assambleyası çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsini vacib sayır.

"Azərbaycan NATO üzvü olmadan NATO PA-da fəal iş apara bilər", - Fransa Senatının "Fransa-Qafqaz" parlamentlərarası dostluq qrupunun üzvü, eləcə də NATO PA-da İqtisadi komissiyanın üzvü olan Qule bildirib.

"Bu iki qurum - NATO və NATO PA bir-biri ilə əlaqəli deyil", - Qule deyib. - "Eynilə də Azərbaycan Avropa İttifaqının üzvü olmadan Avropanın tərkib hissəsi ola bilər. Bu, əməkdaşlığa üstünlük verəcək və avrozona, vaxtaşırı sammitlər və üzvlüklə bağlı digər mühafizəkar tədbirlərlə əlaqədar çətinlikləri istisna edir".

Qule Azərbaycan Prezidenti İlham Əliyevin fəal diplomatik siyasətini müsbət qiymətləndirib. Onun fikrincə, ölkənin bu imicini saxlamaq vacibdir.

Debatlar zamanı 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddialarına görə yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə də toxunulub. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Azərbaycanlı politoloq Vəfa Quluzadə Qərb diplomatiyasını Dağlıq Qarabağ nizamlanması məsələsində ikili standartlarda və erməni siyasətinə yardım göstərməkdə ittiham edib.

Qule də ikili standartlar siyasətini pisləyib və qeyd edib ki, təəssüf ki, ikili standartlar bugünün reallığıdır və bu, təkcə Azərbaycana qarşı belə deyil.

Qulenin sözlərinə görə, Hətta Fransa Prezidenti Nikola Sarkozi Ermənistan Prezidentini öz evində qəbul etsə belə, bu o demək deyil ki, Sarkozi dinc danışıqlar aparan ATƏT-in Minsk qrupunun prinsiplərini qurban verəcək.

ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə Dağlıq Qarabağ münaqişəsinn həlli ilə bağlı sülh danışıqları aparılır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar.

Xəbər lenti

Xəbər lenti