...

Bu gün Parisdə AŞ PA komitəsi Gürcüstan-Rusiya məsələsini müzakirə edəcək

Siyasət Materials 17 Mart 2010 15:55 (UTC +04:00)
Bu gün Gürcüstan-Rusiya məsələsi Parisdə müzakirə olunacaq. Fransa paytaxtında AŞ PA-nın Monitorinq və Siyasət Komitəsinin iclası keçiriləcək.
Bu gün Parisdə AŞ PA komitəsi Gürcüstan-Rusiya məsələsini müzakirə edəcək

Gürcüstan, Tbilisi, 17 mart / Trend , müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan-Rusiya məsələsi Parisdə müzakirə olunacaq. Fransa paytaxtında AŞ PA-nın Monitorinq və Siyasət Komitəsinin iclası keçiriləcək.

Gürcüstan nümayəndə heyəti artıq Parisdədir.

Müzakirələrin əsas mövzusu gürcü-rus münaqişəsi və onun nəticələri olacaq.

Həmçinin tərəflərin AŞ qətnamələrində nəzərdə tutulan öhdəlikləri nə dərəcədə yerinə yetirməsi nəzərdən keçiriləcək.

Gürcüstanlı deputatların məlumatına görə, onların məqsədi komitə üzvlərini Rusiyanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi haqqında həqiqi rəy hazırlamaq üçün Gürcüstanın işğal olunmuş regionlarına səfər etməyə razı salmaqdır.

Xəbər lenti

Xəbər lenti