...

Azərbaycan müxalifətinin məsləhətləşmələrinə digər partiyalar da qoşula bilər

Siyasət Materials 17 Mart 2010 15:10 (UTC +04:00)
Azərbaycanın bir neçə partiyasnın təmsil olunduğu ittifaqla Müsavat Partiyası arasında parlament seçkiləri ilə bağlı ilk məsləhətləşmə keçirilib.
Azərbaycan müxalifətinin məsləhətləşmələrinə digər partiyalar da qoşula bilər

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın bir neçə partiyasnın təmsil olunduğu ittifaqla Müsavat Partiyası arasında parlament seçkiləri ilə bağlı ilk məsləhətləşmə keçirilib.

"Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Müsavat Partiyasının başqanı İsa Qəmbərin iştirakı ilə keçirilən məsləhətləşmələrdə parlament seçkilərində iştirakın formaları ilə bağlı fikir mübadiləsi aparılıb", - çərşənbə günü Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Demokratiya Uqunda İttifaq bir müddət əvvəl parlament seçkiləri ilə bağlı məsləhətləşmələrin keçirilməsi üçün "Azadlıq" blokuna və Müsavat Partiyasına müraciət edib. Müsavat Partiyasının Divanında aparılan müzakirələrdən sonra məsləhətləşmələrdə iştirakın zəruri olduğu barədə qərar verilib. "Azadlıq" bloku isə Liberal və Müsavat partiyaları arasında münasibətlərin normal olmamasına görə məsləhətləşmələrdə iştirak etməmək haqqında qərar çıxarıb.

Orucun sözlərinə görə, növbəti məsləhətləşmələrin Müsavat Partiyasının qərargahında keçirilməsi nəzərdə tutulur. "İkinci görüşümüzdə digər müxalifət partiyalarının iştirakı da istisna olunmur", - o əlavə edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. 2009-ci ilin oktyabr ayında Milli Demokrat Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının quruma üzv qəbul olunması haqqında qərar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti