...

Ərdoğanın qeyri-leqal yaşayan ermənilərin deportasiyası barədə bəyanatı Ankara-Yerevan münasibətlərinin nizamlanmasına mənfi təsir edəcək – ekspertlər

Siyasət Materials 18 Mart 2010 09:00 (UTC +04:00)
Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyədə qeyri-leqal yaşayan 100 min erməni miqrantının ölkədən deportasiyası barədə bəyanatı Ankara-Yerevan münasibətlərinin normallaşması prosesinə mənfi təsir göstərəcək.
Ərdoğanın qeyri-leqal yaşayan ermənilərin deportasiyası barədə bəyanatı Ankara-Yerevan münasibətlərinin nizamlanmasına mənfi təsir edəcək – ekspertlər

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir E.Tarıverdiyeva/

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyədə qeyri-leqal yaşayan 100 min erməni miqrantının ölkədən deportasiyası barədə bəyanatı Ankara-Yerevan münasibətlərinin normallaşması prosesinə mənfi təsir göstərəcək. Ekspertlər belə hesab edir.

"Ərdoğanın bəyanatını erməni lobbisi Türkiyənin əleyhinə işlədir", - ABŞ-dakı Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun direktoru Svante Kornel belə hesab edir. - "Bu, birmənalı surətdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mənfi təsir edəcək".

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı BBC teleradioşirkətinə verdiyi müsahibəsində Ermənistan erməni diasporunun maliyyə yardımlarından imtina etməzsə, Türkiyədə qeyri-leqal yaşayan 100 min erməni miqrantının ölkədən deportasiya ediləcəkləri mümkünlüyü barədə bildirib. Məlumatı RİA Novosti yazır.

Ərdoğan rəsmi Ankaranın bir sıra ölkə parlamentlərinin qondarma "erməni soyqırımı" barədə qətnamə qəbul etməsinə cavab olaraq belə bəyanatla çıxış edib.

Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi və martın 11-də İsveç Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul edilməsindən sonra Türkiyə öz səfirlərini məsləhətləşmələr üçün Vaşinqton və Stokholmdan geri çağırıb.

"Mənim ölkəmdə 170 min erməni var, bunların 70 mini vətədaşımdır. Sabah lazım olarsa, 100 min erməniyə "ölkənizə qayıdın" deyəcəyəm. Onlar mənim vətəndaşım deyil. Onları ölkəmdə saxlamaq nazir onu da bildirib ki, Ermənistanın diaspor nəzarətindən yaxa qurtarması lazımdır.

Müşahidəçilərin fikrincə, Ərdoğanın bəyanatı diplomatik mesajdır, Ermənistana xəbərdarlıqdır və çətin ki, dünya erməniləri buna reaksiya versin.

Ermənistan Baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkədə qeyri-leqal yaşayan 100 min erməninin ölkədən çıxarılması barədə verdiyi bəyanatdan nəticə çıxarmalıdır. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Avrasiya üzrə müşaviri Qeybulla Ramazanoğlu belə hesab edir.

"Baş nazir Ərdoğan bu bəyanatı ilə dünya ölkələrinə və erməni lobbisinə Türkiyənin də əlində ermənilərə qarşı geniş imkanların olduğunu göstərmək istəyir", - Ramazanoğlu çərşənbə günü Ankaradan telefonla Trend -a bildirib.

Onun sözlərinə görə, sirr deyil ki, Ermənistan "saxta soyqırım" və bir çox vasitələrlə rəsmi Ankaraya təzyiq göstərməkdədir. Ermənistan başa düşməlidir ki, Türkiyə də onun kimi müxtəlif təzyiq vasitələrindən istifadə edə bilər.

"Lakin Ərdoğanın bəyanatı ilə əlaqədar erməni lobbisi tərəfindən güzəştlər ağlabatan deyil", - ekspert hesab edir. "Ermənilərin rifahı heç vaxt erməni lobbisi üçün aktuallıq kəsb etməyib və lobbi heç vaxt Ermənistanın mənafeyi üçün çalışmayıb", - o bildirib.

Azərbaycanlı politoloq Tofiq Abbasovun sözlərinə görə, ciddi miqrasiya qaydalarının olduğu bir ölkədə 100 minlik qeyri-leqallar ordusuna münasibətlərin normallaşması üçün yaradılmış dayaq kimi baxmaq lazımdır ki, bu da proqramlaşdırılıb və mütləq baş tutacaq. Türkiyədə qeyri-leqallarla yanaşı, çoxsaylı erməni diasporu da var ki, onlar da barışdırıcı funksiyaya malikdir. Bu qüvvələr birlikdə münasibətlərin bərpası üçün lazım olan zəmini yaradacaqlar.

"Fikrimcə, qeyri-leqal erməni miqrantlarının Türkiyədən çıxarılması mümkünlüyü "protokol diplomatiyasının" pozulmasından sonra tərəflər arasında yaranan emosional mübahisə zəncirinin halqasıdır", - Trend -a "Lider TV" analitik qrupunun eksperti Abbasov bildirib.

Ekspertlərin fikrincə, Ərdoğanın bəyanatı Ermənistan-Türkiyə yaxınlaşmasına mənfi təsir göstərəcək.

Ramazanoğlunun fikrincə, hazırda danışıqlar "dalana dirənib" və Ermənistan Türkiyə və Azərbaycana qarşı tutduğu mövqedən əl çəkməyənə qədər bu danışıqlarda irəliləyiş olmayacaq.

Abbasovun sözlərinə görə, barışığın maneəsiz, rahat baş verəcəyini güman etmək sadəlövhlük olardı. "Məsələ sadə deyil, hətta deyərdim ki, həm Ermənistan, həm də Türkiyə üçün ağrılı olacaq. Lakin bütün hallarda mövcud maneələri keçmək lazım gələcək", ekspert belə hesab edir.

Onun sözlərinə görə, bu məsələdə proqramın əsas təşəbbüskarı olan Vaşinqton israr edir. "Və bu ona gorə edilir ki, Ermənistan bir ölkə kimi böyük geosiyasi bazarın böyük işçi dəstəsini özündə yoxlayıb. Beynəlxalq siyasətin subyekti dərəcəsində bacarıqsızlıq səbəbindən Yerevan çarəsiz addım ataraq mühüm qərarların qəbulu üzrə öz səlahiyyətlərini güclü dövlətlərə verib", - Abbasov deyib.

Onun fikrincə, bu səbəbdən də Ermənistan əgər Ankara qəti tədbirlərə əl atarsa, qəti formada heç nə edə bilməyəcək.

Kornelin fikrincə, Ərdoğan Ermənistan-Türkiyə münasibətləri üçün belə həssas məqamda, protokolların ratifikasiya olunmadığı, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində iki ölkə arasındakı münasibətlərdəki gərginliyin daha da artmasına səbəb olan "soyqırıma" dair qətnamənin qəbul olunduğu bir vaxtda bu cür milliyyətçi bəyanatlar verməməli idi.

"Belə bəyanatlar sözsüz ki, Ankara və Yerevan arasında münasibətlərin nizamlanması prosesinə mənfi təsir göstərir", - Trend -a Kornel İsveçdən telefonla bildirib.

Materialın hazırlanmasında R.Hafizoğlu iştirak edib.

Xəbər lenti

Xəbər lenti