...

Kanada Universitetində "Enerji təhlükəsizliyi və Xəzər hövzəsi ətrafında yeni geosiyasət" mövzusunun təqdimatı olub

Siyasət Materials 18 Mart 2010 11:51 (UTC +04:00)
Kanada Universitetində "Enerji təhlükəsizliyi və Xəzər hövzəsi ətrafında yeni geosiyasət" mövzusunun təqdimatı olub.
Kanada Universitetində "Enerji təhlükəsizliyi və Xəzər hövzəsi ətrafında yeni geosiyasət" mövzusunun təqdimatı olub

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir S.Ağayeva/

Kanada Universitetində "Enerji təhlükəsizliyi və Xəzər hövzəsi ətrafında yeni geosiyasət" mövzusunun təqdimatı olub.

Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev York Toronto Universiteti nəzdindəki Beynəlxalq Məsələlər və Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Mərkəzdə bu mövzuda məruzə ilə çıxış edib. Bu barədə səfirliyin məlumatında bildirilir.

Təqdimat mərkəzin "Keçmiş kommunist ölkələri üzrə araşdırmalar" proqramı çərçivəsində fəaliyyət göstərən şöbəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Diplomat öz çıxışında regional təhlükəsizlik, regionda enerji layihələri, Azərbaycanın regionda rolu, region ölkələri və Qərblə əməkdaşlıq məsələlərinə toxunub.

Xəbər lenti

Xəbər lenti