• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Azərbaycan Prezidenti Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edib (ƏLAVƏ OLUNUB)

20 Mart 2010 14:28 (UTC+04:00)
  • 0
  • 0

Doğma Azərbaycanımızın hər yerində xalqımız qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılayır.

Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə təbrikində deyildiyi kimi, xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq, hər il Novruz gününü təntənə ilə bayram edir.

Ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilməsi təqdirəlayiq haldır.

Bahar bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və yurdumuzun hər bir guşəsində sonsuz sevinclə qarşılanması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərdəndir. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan və qəlbləri Azərbaycanla birgə döyünən soydaşlarımız bu əziz günü bizimlə bərabər qeyd edirlər.

Həmişə olduğu kimi, bu dəfə də baharın gəlişi münasibətilə ölkəmizin paytaxtı Bakıda ən izdihamlı bayram şənlikləri keçirilib. Martın 20-də qədim Qız qalasının qarşısında bayram münasibətilə böyük mərasim təşkil olunub.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Qız qalasının qarşısına gəliblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtımızın qonaqları dövlətimizin başçısını və onun xanımını hərarətlə qarşılayıblar.

Qədim tariximizi əks etdirən səhnələr - İçərişəhərin qala divarları və Qız qalasının üstündə dayanmış nizə və qalxanlı döyüşçülər, Dədə Qorqudun xalqa xitabı, öyüd-nəsihəti, igidləri düşmən üzərində qələbəyə səsləməsi, Bahar bayramının millətimizə ruzi-bərəkət gətirməsi üçün xeyir-dua verməsi qəhrəmanlıqla dolu keçmişimizin mənzərəsini canlandırır.

Şən, oynaq musiqi sədaları ətrafı bürüyüb. Milli geyimli uşaqlar meydanda rəqs edirlər.

Novruz tonqalını alovlandıran Prezident İlham Əliyev bayram şənliyində nitq söyləyib.

Dövlətimizin başçısı bu il yanvarın 15-də dünyaya gəlmiş İlham İlkin oğlu Əhmədovun valideyinlərinə onun Azərbaycan Respublikasının 9 milyonuncu vətəndaşı olmasını təsdiq edən Şəhadətnaməni və hesabında 20 min manat olan Əmanət kitabçasını təqdim edib.

Sonra Azərbaycan Prezidenti Dənizkənarı Milli Parkda keçirilən Novruz şənliklərində iştirak edib.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi təyin olunub
Siyasət 19:16
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib
Siyasət 19:16
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Siyasət 19:12
Prezident İlham Əliyev Səfər Mehdiyevi Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad etdi
Siyasət 19:10
Ceyhun Bayramov təhsil naziri təyin edilib
Siyasət 19:10
Ceyhun Bayramov Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsindən azad edilib
Siyasət 19:08
Arzu Nağıyev: Sarkisyan beynəlxalq tribunal qarşısında cavab verməlidir
Siyasət 19:02
Sahibə Qafarova: AŞ PA-nın korrupsiya barədə hesabatı qeyri-obyektivdir
Siyasət 18:54
Deputat: Ermənistan xalqı onu hər şeydən məhrum edən "Qarabağ klanı"nın girovluğundan xilas oldu
Siyasət 17:57
Prezident İlham Əliyev əfqanıstanlı həmkarına başsağlığı verib
Siyasət 16:01
Prezident İlham Əliyev Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
Siyasət 15:23
Əli Həsənov: Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb
Siyasət 14:52
Prezident İlham Əliyev akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adlar verib
Siyasət 14:38
Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin nümayəndə heyətini qəbul edib (FOTO)
Siyasət 14:33
Prezident İlham Əliyev mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adlar verib
Siyasət 14:33
Pakistan Prezidenti: Ölkə rəhbəri kimi yüksək vəzifəyə yenidən seçilmək İlham Əliyevə Azərbaycanın inkişafı naminə verilmiş mandatdır
Siyasət 13:44
Netanyahu: İsrail Azərbaycanla sıx dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək niyyətindədir
Siyasət 12:10
Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib (YENİLƏNİB)
Siyasət 11:21
Ən çox oxunanlar
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib
Erməni artistlər fəxri adlardan imtına edirlər
Paytaxtda tıxac var - SƏBƏBİ: bu küçə və prospektlər bağlandı (SİYAHI)
Nəzər nöqtəsi
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter