...

Gürcüstanda baş vermiş avtomobil qəzasında iki polis həlak olub

Siyasət Materials 22 Mart 2010 12:02 (UTC +04:00)
Sadaxlı kəndi yaxınlığında Tbilisi-Marnueli avtomobil yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı iki nəfər həlak olub.
Gürcüstanda baş vermiş avtomobil qəzasında iki polis həlak olub

Gürcüstan, Tbilisi, 22 mart / Trend , müxbir N.Kirsxaliya/

Sadaxlı kəndi yaxınlığında Tbilisi-Marnueli avtomobil yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı iki nəfər həlak olub.

"Mersedes" markalı avtomobil yüksək sürətlə dirəyə çırpılıb. Rustavi polisinin iki əməkdaşı hadisə yerindəcə həlak olub, daha bir polis ağır xəsarət alaraq Marneuli xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır, lakin stabildir.

Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti