...

ABŞ hərbi sahədə Gürcüstana iki istiqamətdə kömək edir - səfir

Siyasət Materials 22 Mart 2010 12:24 (UTC +04:00)
ABŞ-ın hərbi sahədə Gürcüstana köməyi iki əsas istiqamətdə həyata keçirilir. Bunu ABŞ-ın Gürcüstandakı səfiri Con Bas "Kaxetinin səsi" ("Kaxetis xma") qəzetinə verdiyi müsahibə deyib.
ABŞ hərbi sahədə Gürcüstana iki istiqamətdə kömək edir - səfir

Gürcüstan, Tbilisi, 22 mart / Trend , müxbir N.Kirsxaliya/

ABŞ-ın hərbi sahədə Gürcüstana köməyi iki əsas istiqamətdə həyata keçirilir. Bunu ABŞ-ın Gürcüstandakı səfiri Con Bas "Kaxetinin səsi" ("Kaxetis xma") qəzetinə verdiyi müsahibə deyib.

"Birinci istiqamət - bu, beynəlxalq sülhməramlı missiyanın həyata keçirilməsi üçün Əfqanıstana göndəriləcək batalyonun hazırlığıdır. Mənə bildirildiyi kimi, bizim gürcü hərbçilərinin hazırlığında iştirak edən dəniz piyadalarımız düşünürlər ki, gürcü döyüşçüləri çox yaxşıdırlar və onlar öz peşələrinə daha yaxşı yiyələnməyə hazırdırlar", - səfir deyib.

O hesab edir, dəniz piyadalarına inanmaq lazımdır, çünki onlar dünyanın yalnız bir regionunda hərbçilərə təlim keçməyiblər.

Bas deyib ki, ikinci kömək istiqaməti isə, müdafiə sisteminin təkmilləşdirilməsi və struktura dəstəkdir.

"Bu əməkhaqqı, büdcənin hazırlanması, təchizat Gürcüstan ordusunun yaxşı hazırlığı üçündür. Bu fundamental məsələlərsiz effektli və təsirli hərbi sistemi təsvir etmək çətindir", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti