...

Obama administrasiyası Türkmənistandakı islahatları dəstəkləyir – Hillari Klinton

Siyasət Materials 23 Mart 2010 12:18 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klinton Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova məktub ünvanlayıb.
Obama administrasiyası Türkmənistandakı islahatları dəstəkləyir – Hillari Klinton

Türkmənistan, Aşqabad, 23 mart / Trend , müxbir H.Həsənov/

ABŞ-ın dövlət katibi Hillari Klinton Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova məktub ünvanlayıb. Məktubda deyilir ki, "Türkmənistanda islahat və inkişaf prosesi gedir".

Məktubun mətni Türkmənistan KİV-lərində dərc edilib.

"Biz sizə öz daimi dəstəyimizi təqdim edirik və hökumətlərimiz arasında tərəfdaşlığın və xalqlarımızın dostluq əlaqələrinin möhkəmlənməsini məmnuniyyətlə gözləyirik", - Novruz bayramı münasibətilə göndərilən məktubda deyilir.

"Bu qədim bayram sizin zəngin ənənə və parlaq irsinizi lazımi dərəcədə qiymətləndirmək üçün imkan verir", - məktubda deyilir. ABŞ Prezidenti Barak Obama adından təbriklərini çatdıran Klinton qeyd edir ki, "ABŞ və Türkmənistan arasındakı əlaqələr qarşılıqlı hörmət və ikitərəfli maraqlara əsaslanır".

ABŞ dövlət katibi həmçinin vurğulayıb ki, iki ölkə Mədəni İrsin Qorunması üzrə Səfirlər Fondu çərçivəsində bir çox müştərək layihələr gerçəkləşdirib.

Onun sözlərinə görə, bu layihələr Türkmənistanın mədəni irsinin tarixi cəhətdən mühüm olan obyektlərini və dəyərlərini gələcək nəsillərə çatdırmaq üçün imkan verir. "Və buna hörmət parlaq gələcəyə və sülhə nail olmaq üçün müştərək işləmək istəyimizin mühüm ifadələrindən biridir", - Klinton bildirib.

Xəbər lenti

Xəbər lenti