...

Quantanamonun keçmiş məhbusları Gürcüstanda azadlıqda yaşayacaqlar - DİN

Siyasət Materials 24 Mart 2010 13:19 (UTC +04:00)
Gürcüstana gətirilmiş Quantanamo həbsxanasının üç keçmiş məhbusu ölkədə azad yaşayacaq. Bu barədə Gürcüstan DİN-in Analitik Departamentinin rəhbəri Şota Utiaşvili Trend News-a bildirib.
Quantanamonun keçmiş məhbusları Gürcüstanda azadlıqda yaşayacaqlar - DİN

Gürcüstan, Tbilisi, 24 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstana gətirilmiş Quantanamo həbsxanasının üç keçmiş məhbusu ölkədə azadlıqda yaşayacaq. Bu barədə Gürcüstan DİN-in Analitik Departamentinin rəhbəri Şota Utiaşvili Trend -a bildirib.

Onun sözlərinə görə, hər üç keçmiş dustaq Gürcüstana dünən səhər gətiriliblər.

"Onlar xüsusi təhlükəli cinayətkarlar deyil və Quantanamoda xüsusi sərt şəraitdə saxlanılmayıblar. Buna görə də ümid edirik ki, bizim onlarla heç bir problemimiz baş verməyəcək", - Utiaşvili deyib.

Departamentin rəhbəri keçmiş məhbusların soyadlarını deməyib, sadəcə onların Yaxın Şərq ölkələrinin vətəndaşları olduqlarını qeyd edib. Onun sözlərinə görə, onların yaşayışı ilə bağlı məsələ artıq həll olunub.

Xəbər lenti

Xəbər lenti