...

Azərbaycanda rus dilinin tətbiqinin genişləndirilməsi planlaşdırılır - RF XİN

Siyasət Materials 25 Mart 2010 16:35 (UTC +04:00)
Hazırda Azərbaycanın pilot məktəblərində birinci sinifdən beşinci sinfə qədər rus dili tətbiq edilir, gələn ildən isə rus dilinin Azərbaycan dilində tədris bölməsi olan məktəblərdə fakültətiv dərəcədən icbari fənnə keçilməsi planlaşdırılır. Bunu bu gün Moskvada brifinq zamanı RF XİN-in rəsmi nümayəndəsi Аndrey Nesterenko deyib. Məlumatı "Vesti" telekanalı yayıb.
Azərbaycanda rus dilinin tətbiqinin genişləndirilməsi planlaşdırılır - RF XİN

Hazırda Azərbaycanın pilot məktəblərində birinci sinifdən beşinci sinfə qədər rus dili tətbiq edilir, gələn ildən isə rus dilinin Azərbaycan dilində tədris bölməsi olan məktəblərdə fakültətiv dərəcədən icbari fənnə keçilməsi planlaşdırılır. Bunu bu gün Moskvada brifinq zamanı RF XİN-in rəsmi nümayəndəsi Аndrey Nesterenko deyib. Məlumatı "Vesti" telekanalı yayıb.

"Azərbaycanın Təhsil Nazirliyi rus dili kabinetlərinin təchizatını və onların təchizatında Rusiya dərsliklərindən istifadə olunmasını dəstəkləyir və maliyyə vəsaiti ayırır. Layihə uğurla reallaşarsa, gələcəkdə belə pilot məktəblərin sayının artırılması nəzərdə tutulur", - Nesterenko deyib.

Onun sözlərinə görə, RF səfirliyi və "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi də bu cür layihələri dəstəkləyir.

"Bakıda və digər şəhərlərdə rus dili müəllimlərinin ixtisaslarının artırılması üçün kurslar təşkil olunur. Bu layihələr Azərbaycanda ölkənin Təhsli Nazirliyi ilə sıx qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçiriləcək", - Nesterenko əlavə edib.

Xəbər lenti

Xəbər lenti