...

Gürcüstan XİN başçısı Tbilisidə Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 26 Mart 2010 15:10 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze cümə günü Tbilisidə səfərdə olan Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib və nümayəndə heyəti üzvlərini Gürcüstandakı siyasi vəziyyətlə tanış edib.
Gürcüstan XİN başçısı Tbilisidə Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze cümə günü Tbilisidə səfərdə olan Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib və nümayəndə heyəti üzvlərini Gürcüstandakı siyasi vəziyyətlə tanış edib.

"Biz onların maraqlarını maksimum təmin etdik", - o bildirib.

Vaşadze Avropa Parlamenti nümayəndə heyətinin Gürcüstana səfərinin xüsusi önəm daşıdığını qeyd edib.

Avropa Parlamenti nümayəndə heyətinə Avstriya sosial-demokratlar qrupunun vitse-prezidenti Hennes Svoboda, Niderlandiyadan deputat, Avropa Demokratiya və Həmrəylik Forumunun vitse-sədri Yan Marinus Viers, Avstriya Parlamentinin üzvü, ATƏT PA-nın keçmiş sədri Piter Şider, Çexiya nümayəndəsi, Avropa Parlamentinin vitse-prezidenti Libor Ruçek, Avropa Parlamentində Cənubi Qafqaz nümayəndə heyətinin vitse-sədri Zoran Taler daxildir.

Xəbər lenti

Xəbər lenti