...

Özbəkistan və Rusiyada əmək miqrasiyası üzrə nümayəndəlik yaradılacaq

Siyasət Materials 27 Mart 2010 17:42 (UTC +04:00)
Daşkənddə əmək fəaliyyəti və işçi-miqrantların hüquqlarının müdafiə olunması haqqında hökumətlərarası razılığın həyata keçirilməsinə dair Özbəkistan - Rusiya işçi qrupunun birinci iclası keçirilib.
Özbəkistan və Rusiyada əmək miqrasiyası üzrə nümayəndəlik yaradılacaq

Özbəkistan, Daşkənd, 27 mart / Trend , D.Əzizov/

Daşkənddə əmək fəaliyyəti və işçi-miqrantların hüquqlarının müdafiə olunması haqqında hökumətlərarası razılığın həyata keçirilməsinə dair Özbəkistan - Rusiya işçi qrupunun birinci iclası keçirilib.

Əmək fəaliyyəti və işçi-miqrantların hüquqlarının müdafiə olunması haqqında müqavilə 2007-ci ilin 27 iyununda imzalanıb və 2009-cu ilin iyulunda qüvvəyə minib.

Sənəd Özbəkistan və Rusiya işçilərinin hər iki dövlətdə əməyə cəlb edilməsi prosesinin nizama salınması və fəaliyyət prosesi zamanı onların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının zəmanətlə qorunmasına həsr edilib.

RF səfirliyinin mətbuat xidmətinin bildirdiyi kimi, ötən iclasda müştərək işçi qrupu barədə nizamnamə və informasiya mübadiləsi barədə reqlament təsdiqlənib. Həmçinin, 2010-2012-ci illərdə razılığın həyata keçirilməsinə dair tədbirlər planı hazırlanıb.

Tədbir iştirakçıları əmək miqrasiyasının hüquqi tənzimlənməsi, iki dövlət arasında işçi qüvvələrinin sərbəst hərəkəti və işçi-miqrantların sosial, iqtisadi və digər hüquqlarının müdafiəsi üçün münasib şəraitin yaradılması məsələlərini müzakirə ediblər.

Tərəflər hər iki ölkədə qısa zaman müddətində miqrasiya sahəsində səlahiyyətli orqan nümayəndəliyinin açılmasının zəruriliyi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti