...

Konqresmen Devid Prays Gürcüstana səfər edəcək

Siyasət Materials 27 Mart 2010 12:14 (UTC +04:00)
ABŞ Konqresinin Demokratiyaya Dəstək Komitəsinin üzvü Devid Prays martın 27-28-də Gürcüstana səfər edəcək. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.
Konqresmen Devid Prays Gürcüstana səfər edəcək

Gürcüstan, Tbilisi, 27 mart / Trend , müxbir N.Kirsxaliya/

ABŞ Konqresinin Demokratiyaya Dəstək Komitəsinin üzvü Devid Prays martın 27-28-də Gürcüstana səfər edəcək.. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Prays Gürcüstan Parlamentində görüşlər keçirəcək.

Gürcüstan Parlamenti və ABŞ Konqresi arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

ABŞ-ın Gürcüstandakı səfiri Con Bas konqresmenin səfərini şərh edərək bildirib ki, bu, Vaşinqton tərəfindən Gürcüstana daha bir dəstəkdir. "ABŞ Dövlət Departamentinin yüksəkrütbəli məmurları və konqresmenlərin tez-tez baş verən səfərləri ABŞ tərəfinin Gürcüstana dəstəyini göstərir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti