...

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi terrorçuluq əməllərinin törədilməsini planlaşdıran mütəşəkkil dəstənin üzvlərini yaxalayıb

Siyasət Materials 29 Mart 2010 21:06 (UTC +04:00)
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Gürcüstan ərazisindən gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları Azərbaycana gətirərək terrorçuluq əməllərinin törədilməsini planlaşdıran mütəşəkkil dəstənin üzvləri - Azərbaycan vətəndaşları Nuriyev Samir Dadaş oğlu, Muğumov Rafail İbrahim oğlu, Qurbanov Yaşar Spartak oğlu, Namazova Roza Müzəffər qızı, Namazova Xavər Həmzə qızı, Pənahov İsmayıl Novruz oğlu, Pənahova Bella Müzəffər qızı, Rusiya vətəndaşı Qayrbiyev Elbert Elmirzayeviç ifşa olunaraq yaxalanıblar.
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi terrorçuluq əməllərinin törədilməsini planlaşdıran mütəşəkkil dəstənin üzvlərini yaxalayıb

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən Gürcüstan ərazisindən gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları Azərbaycana gətirərək terrorçuluq əməllərinin törədilməsini planlaşdıran mütəşəkkil dəstənin üzvləri - Azərbaycan vətəndaşları Nuriyev Samir Dadaş oğlu, Muğumov Rafail İbrahim oğlu, Qurbanov Yaşar Spartak oğlu, Namazova Roza Müzəffər qızı, Namazova Xavər Həmzə qızı, Pənahov İsmayıl Novruz oğlu, Pənahova Bella Müzəffər qızı, Rusiya vətəndaşı Qayrbiyev Elbert Elmirzayeviç ifşa olunaraq yaxalanıblar. Bu barədə Trend -a MTN-in ictimai əlaqələr mərkəzindən bildiriblər.

Müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri hələ 2009-cu ilin noyabr ayında külli miqdarda döyüş sursatının, partlayıcı maddələrin və odlu silahların qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycana gətiril­məsini planlaşdırıblar. Mütəşəkkil dəstənin rəhbəri, respublikadan kənarda olduğu ehtimal edilən Aqil Namazov 2010-cu il yanvarın 6-da hazırda şəxsiy­yə­ti istintaqla araşdırılan Camal adlı bir nəfər vasitəsilə Balakən rayonunun Gülü­zam­binə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı mad­dələr və odlu silahlar göndərib. Aqil Namazov dəstənin üzvü Rəfail Muğu­mo­va həmin silah-sursatları, həmçinin partlayıcı maddələri qəbul edib özündə saxlamağı tapşırıb. Aqil Namazov bu işin müqabilində Rəfail Muğumova 500 ABŞ dolları verəcəyini əvvəlcədən vəd edib, sonuncu da bu təkliflə razılaşıb.

2010-cu il martın 16-da MTN əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil dəstənin üzvləri yaxalanıblar. Roza Namazovanın yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, 40-cı Rezervuar küçəsi, ev 3B ünvanında keçirilmiş baxış zamanı 1 ədəd "Makarov" markalı tapança və həmin tapança üçün 1 ədəd daraq, Xavər Namazovanın Xətai rayonundakı məktəbin həyətinin yanındakı daş qayasının altında gizlətdiyi bağlamadan 1 ədəd "CZ-75 CHAMPİON" markalı tapança, bu və digər tapançalar üçün 616 ədəd müxtəlif çaplı patron, 7 ədəd daraq, 1 ədəd "GSM" və peyk kanalları ilə işləyən radiotelefon və hərbi təyinatlı elektro-detonator üçün 10 ədəd şnurlu kapsul-detonator, Yaşar Qurbanovun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi 58/75 ünvanında keçirilmiş baxış zamanı 7.62x25 mm çaplı 150 ədəd patron, 1 ədəd pnevmatik tapança darağı və onun güllələri, soyuq silah və özünə məxsus 6 qramdan artıq narkotik vasitə olan heroin, Elbert Qayrbiyevin rəhbərlik etdiyi "Salam" Çeçen Əlillər Cəmiyyətinin ofisində keçirilmiş baxış zamanı hər biri 400 qram, ümumi çəkisi 10 kiloqrama yaxın olan 24 ədəd trotil şaşkası, 950 ədəd elektro-detonator, xaricdə istehsal olunan 1 ədəd "Makarov" və 1 ədəd "Vikinq MP 446" markalı tapançalar, habelə bu tapançalar üçün 39 ədəd patron və 6 ədəd daraq, 2 ədəd "İC-R20" markalı rabitə dəsti, skanerli qəbuledici və özünə məxsus 6 qramdan artıq narkotik vasitə olan heroin, Rafail Muğumovun yaşadığı Balakən rayonunun Gərəkli kəndindəki evində keçirilmiş baxış zamanı xaricdə istehsal olunan 1 ədəd "Steçkin" markalı tapança və həmin tapança üçün 210 ədəd parton, 1 ədəd səsboğucu, 5 ədəd daraq, 1 ədəd "Berett 92" markalı tapança və həmin tapança üçün 1 ədəd daraq, 107 ədəd patron, 1 ədəd Almaniyada istehsal olunmuş "ERMA-WERKE" markalı qaz tapançası və onun 30 ədəd patronu, 2 ədəd ov bıçağı və özünə məxsus 0,442 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

İstintaq zamanı təqsirləndirilən şəxs Rafail Muğumov ifadəsində deyib ki, iki ildən artıq dostluq etdiyi Aqil Namazov dəfələrlə ona Azərbaycan Respublikasında cihad etmək və insanların kütləvi toplaşdığı yerlərdə partlayışlar törətmək niyyətində olduğunu və bu terrorçuluq aksiyalarının həyata keçirilməsi məqsədilə artıq müəyyən hazırlıq işlərinin görüldüyünü bildirib. Bütün faktlar üzrə aparılan araşdırmalar göstərir ki, təhlükəsizlik baxımından ən həssas obyektlərin siyahısına aid olan uşaq bağçasının damında və orta məktəbin həyətinin bilavasitə yaxınlığında bu qədər silah-sursatın, partlayıcı maddələrin əvvəlcədən gizlədilməsi və terrorçuluq aksiyalarının planlaşdırılması mütəşəkkil dəstə tərəfindən qurbanların uşaq və hətta körpə olacaqlarına belə məhəl qoymadan insanlara qarşı amansızcasına kütləvi qırğın törədilməsi niyyəti güdülüb.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti