...

Gürcüstan Prezidenti Stroub Telbotu və Havyer Solananı "Zolotoye runo" ordeni ilə təltif edib

Siyasət Materials 30 Mart 2010 14:52 (UTC +04:00)
Gürcüstan Prezidenti ABŞ dövlət katibinin keçmiş müavini Stroub Telbotu və Avropa İttifaqının təhlükəsizlik məsələləri üzrə keçmiş ali nümayəndəsi Havyer Solananı "Zolotoye runo" ordeni ilə təltif edib. Gürcüstan dövlət başçısının mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, Mixail Saakaşvili müvafiq fərman imzalayıb.
Gürcüstan Prezidenti Stroub Telbotu və Havyer Solananı "Zolotoye runo" ordeni ilə təltif edib

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbur N.Kirsxaliya/

Gürcüstan Prezidenti ABŞ dövlət katibinin keçmiş müavini Stroub TelbotuAvropa İttifaqının təhlükəsizlik məsələləri üzrə keçmiş ali nümayəndəsi Havyer Solananı "Zolotoye runo" ordeni ilə təltif edib. Gürcüstan dövlət başçısının mətbuat xidmətindən Trend -a verilən məlumata görə, Mixail Saakaşvili müvafiq fərman imzalayıb.

Prezidentin fərmanında deyilir ki, Telbot və Solana Gürcüstanın müstəqilliyinin və onun dövlət quruluşunun möhkəmləndirilməsi işindəki şəxsi töhfələrinə görə ordenlə təltif olunublar.

Hazırda Telbot Brukinq İnstitutunun prezidentidir.

Xəbər lenti

Xəbər lenti