...

Gürcüstanın Baş naziri Qazaxıstana səfər edəcək

Siyasət Materials 30 Mart 2010 16:01 (UTC +04:00)
Gürcüstanın Baş naziri Nika Qilauri aprelin 8-9-da Qazaxıstana səfər edəcək. Baş nazirin mətbuat katibi Nikoloz Msedlişvilinin Trend News-a verdiyi məlumata görə, Qilauri Gürcüstan hökumətinin nümayəndə heyətinə başçılıq edəcək.
Gürcüstanın Baş naziri Qazaxıstana səfər edəcək

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Nika Qilauri aprelin 8-9-da Qazaxıstana səfər edəcək. Baş nazirin mətbuat katibi Nikoloz Msedlişvilinin Trend -a verdiyi məlumata görə, Qilauri Gürcüstan hökumətinin nümayəndə heyətinə başçılıq edəcək.

Astanaya səfər çərçivəsində iqtisadi məsələlər üzrə Gürcüstan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək. Qilaurini hökumətin iqtisadi blokunun nazirləri müşayiət edəcək.

Səfər zamanı Qaxaxıstan Prezidenti və Baş naziri ilə görüş nəzərdə tutulur. "Hazırda görüşün dəqiq qrafiki razılaşdırılır", - Msedlişvili qeyd edib.

Xəbər lenti

Xəbər lenti