...

Azərbaycanın xarici işlər naziri Belarus XİN rəhbərinin müavinini qəbul edib

Siyasət Materials 30 Mart 2010 18:50 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov Belarusun XİN rəhbərinin müavini İqor Petrişenkonu qəbul edib. Bu barədə Azərbaycan Xİn-in mətbuat xidmətinin məlumatında deyilir.
Azərbaycanın xarici işlər naziri Belarus XİN rəhbərinin müavinini qəbul edib

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov Belarusun XİN rəhbərinin müavini İqor Petrişenkonu qəbul edib. Bu barədə Azərbaycan Xİn-in mətbuat xidmətinin məlumatında deyilir.

Petrişenko Belarus-Azərbaycan münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib və bütün sahələrlərdə münasibətlərin daha da intensivləşdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Məmmədyarov tarixən iki xalq arasında sıx münasibətlərin olduğunu, siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə Azərbaycan-Belarus münasibətlərinin yüksələn xəttlə inkişaf etdiyini, o cümlədən ölkə prezidentləri arasındakı xoş münasibətlərin hər iki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsinə təkan verdiyini qeyd edib.

Tərəflər ölkələr arasındakı kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə həyata keçirilən birgə layihələri yüksək qiymətləndiriblər.

Həmçinin, görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbər lenti

Xəbər lenti