...

Qazaxıstanın ATƏT-də sədrliyi Cənubi Qafqazda böyuk inama və sabitliyə çağırır

Siyasət Materials 31 Mart 2010 13:14 (UTC +04:00)
Gürcüstanda münaqişədən sonra Cənubi Qafqazda vəziyyət ümumilikdə sabitləşsə də, tərəflərin təxribat xarakterli bəyanatları hələ də narahatlıq doğurur. Bu barədə ATƏT-in məlumatında bildirilir.
Qazaxıstanın ATƏT-də sədrliyi Cənubi Qafqazda böyuk inama və sabitliyə çağırır

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir Y.Ostapenko/

Gürcüstanda münaqişədən sonra Cənubi Qafqazda vəziyyət ümumilikdə sabitləşsə də, tərəflərin təxribat xarakterli bəyanatları hələ də narahatlıq doğurur. Bu barədə ATƏT-in məlumatında bildirilir.

ATƏT-in sədri olan Qazaxıstan çərşənbə axşamı keçirilən Cenevrə diskussiyalarının onuncu raundunu Cənubi Qafqazda mövcud gərginliyin azaldılmasına doğru daha bir mühüm addım adlandırıb.

"Tərəflər arasında dialoqun olmaması əlavə gərginlik yaradır", - ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Bolat Nurqəliyev bildirib. Vəziyyətin nizamlanması ilə məşğul olan BMT və Aİ həmsədrləri Antti TurunenPyer Morel xatırladıblar ki, yerli insidentləri ötən il fevralın 18-də Cenevrədə təsis edilmiş xəbərdarlıq və insidentlərin nizamlanma mexanizmlərinin (IPRM) köməyi ilə həll etmək lazımdır. Gələcək iş IPRM-in fəaliyyətinin asanlaşdırılması üçün aparılır.

Nurqəliyev təəssüflə qeyd edib ki, IPRM -in ikinci hissəsi ötən ilin oktyabrından fəaliyyət göstərmir. O, mexanizmlərin işinin tam həcmdə  bərpasına çağırıb.

Cenevrədə müzakirələr iki paralel işçi qruplarda keçirilib. Bir qrupda regionda təhlükəsizlik və sabitlik məsələləri, digərin də humanitar məsələlər müzakirə olunub.

Nurqəliyev qaz təchizatı və su kəməri şəbəkələrinin bərpası məsələsində humanitar fəaliyyət üzrə diskussiyaların davam etdiriləcəyini bildirib.

Nurqəliyev, Turunen və Morel iştirakçılarla potensial gücün tətbiq edilməməsinə dair sazişə nail olunması üçün müvəqqəti addımları, həmçinin, beynəlxalq təhlükəsizlik mexanizmlərini müzakirə ediblər. İnamın möhkəmləndirilməsi üzrə tədbirlər, könüllü informasiya mübadiləsi də müzakirə olunub.

Həmsədrlər iyunun 8-də Cenevrədə növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti