...

Moskvada baş vermiş terror aktlarında "gürcü izi"nin olması barədə bəyanatı deklarativ şəkildə yox, böyük qeyd-şərtlə vermək lazım idi - rusiyalı politoloq Mixail Remizov belə hesab edir.

Siyasət Materials 31 Mart 2010 14:23 (UTC +04:00)
Moskvada törədilən terror aktlarında "gürcü izi" barədə bəyanatı deklarativ şəkildə deyil, qeyd-şərti ilə vermək lazım idi. Rusiyalı politoloq Mixail Remizov belə hesab edir.
Moskvada baş vermiş terror aktlarında "gürcü izi"nin olması barədə bəyanatı deklarativ şəkildə yox, böyük qeyd-şərtlə vermək lazım idi - rusiyalı politoloq Mixail Remizov belə hesab edir.

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir E.Tarıverdiyeva/

Moskvada törədilən terror aktlarında "gürcü izi" barədə bəyanatı deklarativ şəkildə deyil, qeyd-şərti ilə vermək lazım idi. Rusiyalı politoloq Mixail Remizov belə hesab edir.

"Əgər bu bəyanat Rusiya FTX-nin və Rusiyanın xüsusi xidmətini bilavasitə məsuliyyətdən yayındırmaq məqsədilə edlibsə, bu pisdir", - Trend a Moskvadan telefonla Milli Strategiya İnstitutunun direktoru Remizov bildirib. - "Qəbuledilmə baxımından qonşuların nəsə törətdiklərini demək xüsusi xidmət orqanlarının öz vətəndaşlarına yaxşı nəzarət etməməsindən daha yaxşıdır, baxmayaraq ki, peşəkarlıq nöqteyi-nəzərindən bu eyni dərəcədə səhvdir".

FTX martın 29-da Moskva metrosunda baş vermiş terror aktlarında növbəti izi və bu dəfə gürcü izini aşkar edib. Bu barədə RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Məlumatı "Exo Moskvı" yayıb.

Onun sözlərinə görə, Gürcüstanın xüsusi xidmətinin əməkdaşları Şimali Qafqazda yaraqlılarla əlaqə saxlayır. "Biz bu versiyanı Moskvada terror aktları ilə əlaqədar yoxlamalıyıq", - RF Təhlükəsilzik Şurasının katibi deyib. - "Gürcüstan və onun Saakaşvili kimi lideri var. O, bir dəfə müharibə törədib. Yenidən onu törədəcəyi istisna olunmur".

Martın 29-da Moskva metsorunun "Lubyanka" və "Park kulturı" stansiyalarında terror aktları baş verib. İlkin məlumatlara görə, 38 nəfər həlak olub, 64 nəfər yaralanıb.

Remizovun sözlərinə görə, Şimali Qafqaz gizli fəaliyyəti və ziddiyyətlər çoxluğu bir çox xarici regional oyunçuların , o cümlədən gürcülərin maraqlarını üzə çıxarır; yeri gəlmişkən, gürcülər müxalifətçi Qafqaz kanalı yaratmaqla bunu gizlətmirlər. Ehtimal ki, Rusiyanın xüsusi xidməti əmindir ki, Gürcüstan Şimali Qafqazda böyük oyunda iştirak edir.

"Fikrimcə, Patruşevin bəyanatı Gürcüstanın terror aktlarının təşkilatçısı və sifarişçisi olması kontekstində düzgün başa düşülmür, çox güman ki, söhbət terror şəbəkəsində gürcü amilinin olmasından gedir", - Remizov deyib.

Bu bəyanat, əlbəttə, nəsə bir siyasi demarş ola bilər, lakin çox güman ki, bu xüsusi xidmət üçün təbii etirafdır ki; "Şimali Qafqazın regional problemləri Rusiyanın qonşu dövlətlərlə münasibətlərindən kənarda mövcud deyil", - o hesab edir.

"Hazırkı mərhələdə Moskva Gürcüstan rəhbərliyi ilə münasibətlərini pozmaqdan qorxmur, belə ki, onları korlamaq mümkün deyil - sadəcə, onlar yoxdur", - Remizov deyib.  - "Lakin ən mühümü odur ki, Gürcüstan cəmiyyəti ilə münasibətləri pozmaq olmaz".

Odur ki, onun sözlərinə görə, bu cür bəyanatı deklarativ şəkildə deyil, böyük qeyd-şərtlə vermək lazım idi.

Xəbər lenti

Xəbər lenti