...

Azərbaycan və Mavritaniya əməkdaşlıq haqqında yeni sənədlər imzalayıblar

Siyasət Materials 9 Aprel 2010 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Mavritaniya "Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol" və "Mədəniyyət sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu" imzalayıblar. Sənəd Mavritaniya İslam Respublikasının xarici işlər və əməkdaşlıq naziri xanım Naha Mint Muknasın Azərbaycana səfəri çərçivəsində imzalanıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycanda ilk dəfə olmasından məmnunluğunu bildirən xanım Muknas Mavritaniya-Azərbaycan münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib, bütün sahələrlərdə münasibətlərin daha da intensivləşdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Mavritaniyanın beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif məsələlərdə birgə mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edərək, bu xüsusda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinin beynəlxalq təşkilatlar çərçivəsində, ələxsus BMT-də müzakirələr zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək ədalətli mövqeyini Mavritaniya tərəfindən dəstəklənməsinin zəruriliyini bildirib.

Nazir həmçinin iki ölkə arasında iqtisadi, mədəni, humanitar, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti