Polşa Prezidentinin qəzaya uğramış təyyarəsinin bortunda olan vəzifəli şəxslərin siyahısı açıqlanıb (YENİLƏNİB-4, FOTO, VİDEO)

Siyasət Materials 10 Aprel 2010 14:30 (UTC +04:00)
Varşavadan Smolenskə uçan Tu-154 təyyarəsi şənbə günü yerə enərkən Smolensk vilayətində Şimal hərbi aerodromunun uçuş-enmə zolağının 300-400 metrliyində qəzaya uğrayıb.
Polşa Prezidentinin qəzaya uğramış təyyarəsinin bortunda olan vəzifəli şəxslərin siyahısı açıqlanıb (YENİLƏNİB-4, FOTO, VİDEO)

RED. əlav.: Sonuncu abzasda təyyarədə olan vəzifəli şəxslərin siyahısı əlavə olunub.

Varşavadan Smolenskə uçan Tu-154 təyyarəsi şənbə günü yerə enərkən Smolensk vilayətində Şimal hərbi aerodromunun uçuş-enmə zolağının 300-400 metrliyində qəzaya uğrayıb. 87 nəfər həlak olub. Bu barədə RİA Novostiyə Rusiya FHN-in nümayəndəsi bildirib.

Eyni zamanda, RF Prokurorluğu yanında İstintaq Komitəsinin (PİS) İstintaq İdarəsinin rəsmi nümayəndəsi Vladimir Markin RİA Novostiyə bildirib ki, şənbə günü Smolenskdə qəzaya uğrayan təyyarənin bortunda 132 nəfər olub.

"Şənbə günü Smolensk vilayətinin Peçorsk rayonunda Polşa Prezidentinin Tu-154 təyyarəsi Şimal hava limanında yerə enərkən güclü dumanla əlaqədar qəzaya uğrayıb. Təyyarənin bortunda 132 nəfər, o cümlədən prezident və onun xanımı da olub", - Markin deyib.

"İlkin istintaq tədbirləri aparılır. Həlak olanlar barədə məlumat dəqiqləşdirilir", - o əlavə edib.

Polşa XİN-in mətbuat katibi Petr Paşkovski jurnalistlərə bildirib ki, təyyarənin bortunda Polşa Prezidenti Lex Kaçinski də olub. O, Polşa rəsmi nümayəndəsi ilə anım tədbirlərində iştirak etmək üçün Katına uçurmuş.

Təyyarə yerə enərkən güclü dumanla əlaqədar ağaclara ilişib və enmə zolağına düşə bilməyərək hissələrə bölünüb. Vesti bildirir.

Qəza zamanı sağ qalan yoxdur, Smolensk vilayətinin qubermatoru Sergey Antufyev bildirib.

RİA Novosti yazır ki, qəzaya uğrayan təyyarədə aşağıdakılar olub: Polşa Prezidenti Lex Kaçinski, Polşa Prezidentinin xanımı Mariya Kaçinskaya, Polşanın sürgündə olan sonuncu prezidenti Rışrad Kaçorovski, Milli Yaddaş İnstitutunun rəhbəri Yanuş Kurtıka, Polşa Seyminin vitse-spikeri Yeji Şmaydzinski, Prezident dəftərxanasının rəhbəri Vladıslav Stasyak, Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şiqlo, Prezident dəftərxanasında nazirlər Pavel VıpıxMariuş Handzlik, Polşanın Mübarizə Yaddaşının Mühafizəsi üzrə Şurasının baş katibi Ancey Pşevoznik, Polşanın xarici işlər nazirinin müavini Ancey Kremer, Polşa Qoşunları Baş Qərargah rəisi Frantişek Qonqor, Milli Bankın sədri Slavomir Skşipek, Polşa Seyminin tanınmış deputatları Pşemıslav Qosevski, Zbiqnev Vasserman, İolanta Şımanek-Dereşİzabella Yaruqa-Novaska.

Foto Vesti.ru

Xəbər lenti

Xəbər lenti